Səma öküzü
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir.
"Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür.
Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.